Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FSB) məşhur rusiyalı jurnalistlərdən birinin öldürülməsinin qarşısını aldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Putin Ukrayna Mərkəzi Kəşfiyyat İdarəsi də daxil olmaqla Qərbin kəşfiyyat xidmətlərinin dəstəyi ilə rusiyalı jurnalistləri öldürmək üçün hərəkətə keçdiyini iddia edib.
“Bu səhər FSB bölmələri məşhur rusiyalı jurnalistlərdən birinə hücum edərək öldürməyi planlaşdıran terror qruplaşmasının fəaliyyətinin qarşısını alıb. Təbii ki, indi bunu inkar edəcəklər, amma tapıntılar və sübutlar təkzibedilməzdir”, – Rusiya lideri bildirib.
Putin qeyd edib ki, Qərb Rusiyanı daxildən məhv etməyə çalışır, lakin belə cəhdlər uğursuzluqla nəticələnəcək.
Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əmri ilə rusiyalı jurnalist Vladimir Solovyovu öldürməyi planlaşdıran millətçi “Milli Sosializm-Ağ Hərəkat”ın üzvlərini yaxaladıqlarını açıqlayıb.
Teleqraf.com

