Rusiya prezidenti Vladimir Putin Venesuelada keçirilən prezident seçkilərində qalib gələn Nikolas Maduronu təbrik edib.
Editor.az xəbər verir ki, təbrikdə Putin Rusiya və Venesuelanın strateji tərəfdaş olduğuna diqqət çəkib.
“Əminəm ki, işiniz bütün sahələrdə mütərəqqi inkişaflara töhfə verməyə davam edəcək. Bu, dost xalqlarımızın maraqlarına tam cavab verən daha ədalətli və demokratik dünya düzəninin qurulmasına uyğundur”, – deyə o bildirib.
Putin ikitərəfli və beynəlxalq məsələlərdə Venesuela ilə birgə işi davam etdirməyə hazır olduqlarını vurğulayıb.
Qeyd edək ki, ilkin nəticələrə görə, Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçilib. Müxalifət koalisiyasının Birləşmiş Demokratik Platformasının (PUD) namizədi Edmundo Qonzales 44,20 faiz səslə ikinci yerdə qərarlaşıb. Seçkilərdə qalib gələn Nikolas Maduro 2025-ci il yanvarın 10-da and içəcək və ölkənin yeni prezidenti kimi vəzifəsinə başlayacaq.
//Gülnarə Abasova, Editor.az

