Rusiyanın paytaxtı Moskva şəhərində, Federal Təhlükəsizlik Xidmətinin (FSB) qərargahı yaxınlığında, Prezident Vladimir Putinin rəsmi avtomobil filosuna aid olduğu ehtimal edilən bir limuzində patlayış baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə “İHA” (İhlas Haber Ajansı) məlumat yayıb. Hadisə nəticəsində avtomobil alovlanıb, lakin hadisə zamanı xəsarət alan və ya həyatını itirən olmayıb.
Patlayış avtomobilin mühərrik hissəsindən başlayaraq sürətlə içəriyə yayılıb. Hadisə yerindəki restoran işçiləri ilk olaraq yanğına müdaxilə ediblər. Alovlar səbəbindən ətrafda qara tüstü yayılıb.
Hadisə Putinə qarşı sui-qəsd cəhdi ehtimallarını gündəmə gətirib. Son illərdə, Putinin təhlükəsizliyini artırmaq məqsədilə genişmiqyaslı tədbirlər görülüb və hər hansı bir sui-qəsd cəhdinə nüvə cavabı veriləcəyi bildirilmişdi.
Hazırda patlayışın səbəbi və avtomobildə olan şəxsin kimliyi barədə məlumatlar dəqiqləşdirilməyib. Putin səyahətləri üçün tez-tez limuzinlərdən istifadə edir və bu cür avtomobilləri digər dünya liderlərinə, o cümlədən Şimali Koreya lideri Kim Jong Un’a hədiyyə edib.