Putinə qarşı sui-qəsd təşkil olunub?- ” Bir neçə variant mümkündür”backend

Putinə qarşı sui-qəsd təşkil olunub?- ” Bir neçə variant mümkündür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ciddi müharibə şəraitində Rusiya və Ukraynada 1 saylı obyektdən N saya qədər hər biri hücum hədəfi ola bilər. Bu gün iki ölkə arasında ölüm-dirim savaşı gedir. Münasibətlərin belə kəskin qarşıdurma və geri dönməz şəkildə düşmənçilik xarakteri aldığı halda dövlət başçıları hədəfə götürülə bilər. Bu nöqteyi-nəzərdən Putinin təyyarəsinə Ukrayna tərəfindən Ukrayna prezidentə isə Rusiya tərəfindən hər cür təhdid var”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Rusiya prezidentinin həyatına Ukrayna tərəfindən qəsdən sui-qəsd cəhdi olduğunu demək iddialıdır:

“Bu məsələdə təsadüfi hallar ola bilər. Təcrübə göstərir ki, Rusiya Prezidenti belə şeyləri məxfi şəkildə həyata keçirtməyə meyillidir. Yəni, səfərdən qayıtdıqdan sonra hadisə barədə məlumat verilib. Ancaq bu da ola bilər ki, Ukraynada onun səfərdə olması ilə bağlı məlumatlar olub və istisna deyil ki, belə bir hücum təşkil oluna bilər. Müharibə vəziyyətində olan iki dövlət başçısının bir-birinin həyatına olan sui-qəsd, terror hücumlarının təşkili müharibə məntiqinə uyğundur. Xatırladım ki, İkinci Dünya Müharibəsi dövründə Hitlerlə vuruşan dövlət başçılarının 1943-cü ildə Tehranda toplaşması məxfi şəraitdə həyata keçirilmişdir. Çünki Hitler onların hər üçünün həyatına sui-qəsd təşkil edə bilərdi.

Rusiya və Ukrayna dövlət başçılarının bir-birinə münasibəti qatı düşmənçilik səviyyəsindədir. Onların bir-birinin həyatına sui-qəsd təşkil etməsi istisna deyil. Ancaq konkret olaraq Putinin təyyarəsi ilə bağlı baş verən hadisədə Ukraynanın əlinin olduğunu söyləmək qeyri-mümkündür”.

//Gülnarə Abasova, Editor.az