“Rusiya-Ukrayna müharibəsi dünya mətbuatının gündəmindən düşmür. Bütün dünyanın xəbər agentlikləri, kanalları hadisə yerindən reportajlar hazırlayır. Hətta siyasi verlişlərin əsas mövzusu Rusiyanın Ukraynanı işğal etməsidir. Ancaq müasir dövrümüzün ən böyük informasiya silahı məhz sosial şəbəkələrdir. Bu günlərdə Putinə qarşı ən böyük silah sosial şəbəkə istifadəçisi olan insanlardır”.
Editor.az-ın Türkiyənin “Hürriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu açıqlamanı Böyük Britaniyanın 2000-2004-ci illərdə Rusiyadakı keçmiş səfiri Rodrik Layn verib.
Eks-diplomat hadisələri təhlil edərkən qeyd edib ki, Putinin ən zəif yeri sosial şəbəkələrdir.
“Müasir dövrdə hər kəsin cibində smartfonlar mövcuddur. Vətəndaş jurnalistikasının inkişaf etdiyi bir dövrdə Rusiya ordusunun etdiyi zorakılıqları gizlətmək mümkün deyil. Bu da müharibənin gedişinə böyük təsir edəcək və Putinin məğlub olmasına səbəb olacaq”.
//Nəzərbəy Hacıağayev, Editor.az

