“Putini yalnız onlar hakimiyyətdən uzaqlaşdıra bilər” – Şok iddiabackend

“Putini yalnız onlar hakimiyyətdən uzaqlaşdıra bilər” – Şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putin öz yaxın ətrafı tərəfindən hakimiyyətdən uzaqlaşdırıla bilər”.

Bunu rusiyalı hüquqşünas Mark Feyqin deyib.

Onun fikrincə, hazırda Kreml daxilində klanlar arası qarşıdurma Putinin xeyrinədir.

 

“Klanların bir-birinə savaş açması Putin üçün ideal vəziyyət yaradır. Çünki o, bu halda arbitr kimi çıxış edir. Onlar birləşib “hər şeydən bezmişik, onu harasa göndərməliyik – ya o dünyaya, ya da təqaüdə” deməyincə, heç nə olmayacaq. Çünki əslində Kreml daxilindəki qarşıdurma müharibəyə görə yox, pul, nüfuz, vəzifə, bir növ “miras” uğrunda gedir”, – Feyqin vurğulayıb.

Teleqraf.com