Putinin 140 metrlik superyaxtasına həbs qoyuldubackend

Putinin 140 metrlik superyaxtasına həbs qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya hakimiyyəti Marina di Karrara limanında Rusiya prezidenti Vladimir Putinə məxsus olması güman edilən 140 metrlik “Şehrzade” superyaxtasını həbs edib.

Editor.az xəbər verir ki, məlumatı İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi yayıb. Nazirliyin press-relizində deyilir ki, İtaliya maliyyə polisi tərəfindən aparılan araşdırma zamanı gəminin Avropa Birliyinin sanksiyalarına məruz qalan Rusiyanın yüksək rütbəli hökumət rəsmiləri və şəxsləri ilə “əhəmiyyətli iqtisadi və işgüzar əlaqələri” olduğunu aşkar edib.

Maliyyə Təhlükəsizlik Komitəsinin təklifi ilə İqtisadiyyat və Maliyyə Naziri Daniele Franko Aİ-nin təklif etdiyi məhdudlaşdırıcı tədbirlərin qəbul edilməsini gözləyərək “uzun müddətdən bəri hakimiyyət orqanları tərəfindən ciddi nəzarət altında olan” “Şehrzade” yaxtasının həbsinə göstəriş verib. İtaliya nazirliyinin məlumatına görə, yaxta sahiblərinin hərəkətləri “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə xələl gətirir və ya təhlükə yaradır”.

Editor.az