Putinin ağlında nə var?: Ukraynanın Türkiyədəki səfiri “taxıl müqaviləsi” risklərindən danışdıbackend

Putinin ağlında nə var?: Ukraynanın Türkiyədəki səfiri “taxıl müqaviləsi” risklərindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın gözlənilməz addımları ucbatından “taxıl sövdələşməsi”nin iflasa uğraması riski həmişə var. Türkiyə və BMT situasiyaya nəzarət etməli və Kremlin rəhbəri Vladimir Putinin razılaşmanı pozmasına mane olmalıdır.

Editor.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyə Respublikasındakı səfiri Vasili Bodnar RBC-Ukraynaya müsahibəsində danışıb. Nümunə olaraq səfir müqavilənin imzalanmasından bir gün sonra Rusiyanın Odessa limanına hücumunu xatırladıb. Onun sözlərinə görə, Moskvanın bu addımı müqaviləyə imza atanlara şillə olub.

“Putinin ağlında nə olduğunu bilmək olmur. Hazırda əsas təhlükə budur. Həmçinin dənizdə gəmilərin qarşısını almaq və ya onlara hücum etmək üçün hər hansı cəhdin ediləcəyi ehtimalı da mövcuddur”, – Bodnar bildirib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukraynanın Odessa, Çornomorsk və Yujnı limanlarının blokdan çıxarılmasına dair saziş imzalanıb. Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu BMT və Türkiyə ilə ayrı-ayrı sazişlər imzalayıb.

//Gülnarə Abasova, Editor.az