“Putinin aşpazı” Ukraynaya hansı mesajı verir?-AÇIQLAMAbackend

“Putinin aşpazı” Ukraynaya hansı mesajı verir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Ukraynada, xüsusilə də Donbas istiqamətində apardığı hərbi əməliyyatlar müvəffəqiyyətlə yerinə yetirilmir və Ukraynanın əks-hücumları gözlənilir”.

Bu fikirləri Editor.az-a politoloq Məhəmməd Əsədullazadə “Vaqner Qrup”un lideri Yevgeni Priqojinin Kremli müharibəyə son qoymağa çağırması və Rusiyanın istədiyinə nail olduğunu elan etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ehtimal olunan əks-hücumlar Rusiya hərbi sistemini müəyyən dərəcədə narahat edir:

“”Vaqner Qrup”unun rəhbəri Yevgeni Priqojinin açıqlamaları isə Rusiya ordusunun ümumi əhval-ruhiyyəsinin nə qədər zəif olduğunu göstərir. Eyni zamanda, müharibəyə hazır olmadıqlarını aşkara çıxarır. Priqojin əldə edilən ərazilərlə kifayətlənib danışıqlara başlanılması fikrini irəli sürür. Bununla da hesab edir ki, Ukrayna ordusu hücuma keçərsə, rəsmi Moskva tutduğu ərazilərdən geri çəkilməyə məcbur qalacaq. Onun bu kimi açıqlamaları Rusiyanın hərbi qüvvələrinin möhkəm, müdafiə qüvvələrinin isə zəif olduğunu üzə çıxardır. Bunun da Kremldə müəyyən dərəcədə fikir ayrılıqlarına səbəb olacağı gözlənilir. Eyni zamanda, səsləndirilən bu fikirlər Rusiya Müdafiə Nazirliyini qoşun birləşmələrinin Ukrayna ordusunun hücumunu dəf edə bilməyəcəyinin də göstəricisidir. Bu proses Ukraynanın qələbə çalmasına gətirə bilər”.
 
//Safura Bənnayeva, Editor.az