Putinin Baydeni nə vaxt təbrik edəcəyi məlum olubbackend

Putinin Baydeni nə vaxt təbrik edəcəyi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putinin Co Baydeni təbrik etməsindən öncə ABŞ-da prezident seçkilərində qələbə barədə rəsmi elanı və məhkəmə iddialarının yekunlarını gözləmək lazımdır.

Editor.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Birincisi, seçilmiş prezident elan edilməlidir. Əslində, fəaliyyətdə olan prezident seçkilərin nəticələrini tanımalıdır və bütün məhkəmə iddiaları bitməlidir. Lakin aydındır ki, bu hələ baş verməyib”, – deyə Kremlin sözçüsü vurğulayıb.

D. Peskov qeyd edib ki, bundan əvvəl keçirilmiş seçkilərdə bütün amerikanşünasların, sosioloqların və digərlərinin bütün proqnozları Hillari Klintonun qalib gəldiyini göstərirdi: “Həqiqətən də hər kəs bu barədə baş vermiş fakt kimi danışırdı. Lakin başqa cür oldu”. (APA)