Ukrayna Rusiya bombaları altında ölüm-dirim mübarizəsi aparır. Amma bombaları atan Rusiyanın vətəndaşları da sürətlə artan inflyasiya ilə mübarizə aparır.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və Avropa Birliyinin sanksiyalarına görə dünyadan təcrid olunmuş Rusiyada dəbdəbəli məhsullar bazardan çəkilməyə başlayıb, rubl tədricən dəyərini itirir, əsas ərzaq məhsullarının qiymətləri bahalaşır.
Birdən-birə dünyadan təcrid olunan Rusiyanın hətta Şimali Koreyanı da keçdiyi deyilir. Aleksandr Nevzorov bu gün Rusiyada Putin administrasiyasını və Ukraynaya qarşı müharibəni tənqid etməyə cəsarət edən yeganə jurnalistdir. Onun bir açıqlaması indi Moskva ziyalılarının dilindən düşmür:
“Dostlar, Rusiya iqtisadiyyatı çökmədi, sadəcə olaraq vətənə qayıtmaq qərarına gəldi”.
//Gülnarə Abasova, Editor.az

