“Putinin bu addımı Rusiya cəmiyyəti tərəfindən narazılıqla qarşılanacaq”-Natiq Cəfərlibackend

“Putinin bu addımı Rusiya cəmiyyəti tərəfindən narazılıqla qarşılanacaq”-Natiq Cəfərli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya -Ukrayna müharibəsinin davam etdiyi bir vaxta, hərbi cəhətdən zəifləyən Rusiya ölkədə qismi səfərbərlik elan etdiyini açıqladı. Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı bu proses qismi səfərbərlikdən sonra əhali tərəfindən necə reaksiya görəcək?

Mövzu ilə bağlı Editot.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bugün Rusiya prezidenti Putin qismi səfərbərlik elan elədi:

“Bu Rusiya cəmiyyətində heç də birmənalı qarşılanmayacaq. Məlum olur ki, bir neçə həftəyə Rusiyanın adlandırdığı “xüsusi hərbi əməliyyatı” bitirməyə gücü olan, amma bunu təbliğ edən Rusiya yarım ildən artıqdır ki, Ukrayna cəbhəsində çox böyük çətinliklə üzləşib.
Ümumiyyətlə, müharibədə Rusiyanın yanaşması yanlışdır. Rusiya orada Qərblə üz-üzə qaldığını bildirir. Halbuki vuruşan Ukrayna xalqıdır. Öz müstəqilliyi, azadlığı uğrunda mübarizə aparır. Bunu Rusiya hələ də anlaya bilmir. Ona görə də,  çox ciddi fəsadlarla qarşılaşırlar. Bu qismi səfərbərlik isə müharibənin aylarla, illərlə uzanacağını göstərir. Amma bunu Rusiya cəmiyyəti uzun zaman susqunluqla qarşılamayacaq. Səfərbərlik Rusiya cəmiyyətində çox ciddi narazılıqla nəticələnə bilər”.
 
//Safura Bənnayeva, Editor.az