“Putinin bu addımları Rusiya üçün çox ciddi problemlər yaradır- Birincisi…”-Qulu Məhərrəmlibackend

“Putinin bu addımları Rusiya üçün çox ciddi problemlər yaradır- Birincisi…”-Qulu Məhərrəmli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin gedişində rəsmi Moskva bu dəfə daha sərt açıqlamalar verməyə başladı. Ölkədə qismən səfərbərlik elan edilməsi əhalinin kəskin narazılığına səbəb oldu. Bir tərəfdən etiraz aksiyaları, digər tərəfdən də Rusiyaya tətbiq olunan sanksiyalara cavab olaraq Putinin atdığı addım rəsmi Moskvanın əleyhinə ola bilərmi?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, Rusiyada qismən səfərbərlik elan olunması Putin hakimiyyəti üçün çox ciddi təhlükədir:

“Birincisi, ona görə ki, Rusiya əhalisi müharibəyə tamaşa kimi baxırdı. İndi yavaş-yavaş nəfəsini ailələrində, qonşularında, yaxınlarında hiss etməyə başlayırlar. İkincisi, qismən səfərbərliyin təhlükəli cəhəti ondan ibarətdir ki, ölkə daxilində qeyri-rusların müharibəyə cəlb olunması tendensiyası var. Bu da çox ciddi narazılıq doğurur. Bizim də Rusiya  ərazisində 1 milyondan çox soydaşımız yaşayır. Onlarla da bağlı problemlər kəskinləşə bilər. Üçüncüsü, hələlik Moskva və Peterburq  istisna olmaqla, digər şəhərlərdən  insanlar orduya cəlb olunur. Hesab edirəm ki, bu yerlərdə çox böyük narazılığa, kütləvi etirazlara səbəb olacaq. Rusiya əhalisi nəhayət başa düşür ki, Ukraynaya hücum Rusiya hakimiyyətinin çox ciddi yanlışıdır. Bu səhv dərinləşməkdə davam edir. Putin üçün müəyyən təhlükələr var, müharibə gedişində də bu olacaq. Müharibə dayanmasa həm ölkə iqtisadiyyatında problemlər, həm də Putinə qarşı etirazlar getdikcə daha da böyüyəcək”.
 
//Safura Bənnayeva, Editor.az