Putinin Çinə səfəri: Rusiya hansı maraqları güdür?-AÇIQLAMAbackend

Putinin Çinə səfəri: Rusiya hansı maraqları güdür?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məlumdur ki, Ukraynada savaş başladıqdan sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Avropa İttifaqı və ABŞ da bu sanksiyalarda fəal iştirak edir”.

Bunu Editor.az-a politoloq Oqtay Qasımov Rusiya Prezidenti Vladimir Putinin üçüncü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak etmək və bir sıra ölkələrin liderləri ilə danışıqlar aparmaq üçün Pekinə səfəri və bu səfər çərçivəsində Çin Xalq Respublikasının sədri də başda olmaqla Vyetnam, Tailand, Monqolustan, Laos liderləri ilə müzakirələr aparacağı ilə bağlı verilən xəbərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına ciddi zərər verir:

“Rəsmi Moskva öz ticarətini şaxələndirmə yolunu seçir. Enerji daşıyıcılarının əsas istehlakçısı olaraq Asiya bazarlarını nəzərdən keçirir. Rusiya həmin ölkələrlə münasibətləri, əlaqələri inkişaf etdirməklə sanksiyaların təsirini azaltmaq məqsədini əsas götürüb. Adı çəkilən ölkələr Asiya ölkələridir. Sanksiyalara qoşulmayan Asiya ölkələri ilə ticarət aparmaq və iqtisadi münasibətləri inkişaf etdirmək rəsmi Moskvanın maraqlarına uyğundur”.

Politoloqun fikrincə, Rusiya qlobal səviyyədə çox qütblü dünya düzəninə tərəfdar olduğunu və bu prosesdə Çini dəstəklədiyini də nümayiş etdirir:” Rusiya prezidentinin Asiya ölkələri rəhbərləri ilə görüşlər keçirməsi və ikitərəfli münasibətləri inkişaf etdirməklə bağlı apardığı müzakirələri anlaşılandır”.

//Safura Bənnayeva, Editor.az