Putinin ənənəvi illik mətbuat konfransı ləğv olunub?backend

Putinin ənənəvi illik mətbuat konfransı ləğv olunub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik “böyük mətbuat konfransı” görünür, bu il baş tutmayacaq. Çünki onun ilin sonuna qədər keçirilməsi ilə bağlı hələ ki, qərar yoxdur.

Editor.az bildirir ki, bu barədə “RBC” həmsöhbətlərə istinadən xəbər verir. Onların sözlərinə görə, 2012-ci ildən başlayaraq hər il dekabr ayında Rusiya prezidentinin yekun mətbuat konfransı keçirilir.

Lakin bu il konfransın keçirilib-keçirilməyəcəyi hələ də məlum deyil. Bununla bağlı yekun qərar qəbul edilərkən, başqa məsələlərlə yanaşı, cəbhədəki vəziyyət də nəzərə alınacaq.

  //Samir Qurbanov, Editor.az