Putinin Ərdoğanın təklifinə cavabına ABŞ-dan reaksiyabackend

Putinin Ərdoğanın təklifinə cavabına ABŞ-dan reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya lideri ilə nə vaxt görüşmək lazım olduğuna yalnız Ukrayna Prezidenti Vladimir Zelenski özü qərar verə bilər.

Bu sözləri Ağ Evin Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O, həmçinin bildirib ki, ABŞ-ın terrorizmi himayə edən ölkələr siyahısına Rusiyanı əlavə etmək Zelenski üçün mümkün danışıqlar prosesini çətinləşdirmiş olar:

“ABŞ hakimiyyəti daha ​​yaxşı alternativlərin olduğuna inanır”.

Qeyd edək ki, ŞƏT sammitində Türkiyə lideri Ərdoğanın Zelenski ilə görüşməyi təkidlə təklif etdiyini xatırladan Putin danışıqlara hazır olduğunu, ancaq Ukrayna liderinin görüşmək istəmədiyini qeyd edib.

Axar.az