“Finlandiya NATO-ya rəsmən müraciət edəcəyi barədə qərarını yaxın həftələrdə açıqlayacaq”.
Finlandiya Baş naziri Sanna Marin belə açıqlama verib. O bildirib ki, bu barədə əlavə detallar açıqlamaq istəmir. Rusiya ordusunun Finlandiya sərhədinə hərbi qüvvə yığması barədə iddialara da cavab verən Baş nazir, məsələni yaxında izlədikərini ifadə edib.
Qeyd edək ki, Rusiyanın Finlandiya sərhədində qoşun yığdığına dair sosial mediada görüntülər yayılıb. Rusiya bildirmişdi ki, Finlandiya NATO-ya üzv olmağa cəhd etsə nəticələri olacaq.
Kanal.az

