“Putinin helikopterini vurmağa cəhd ediblər”backend

“Putinin helikopterini vurmağa cəhd ediblər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kurska səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinin helikopteri Ukrayna Silahlı Qüvvələrinin irimiqyaslı hücumunun episentrində olub. Onlar prezidentin helikopterini vurmağa cəhd ediblər”.

Editor.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya ordusunun hava hücumundan müdafiə diviziyasının komandiri Yuri Daşkin bildirib.

“Vladimir Putin mayın 20-də Kursk vilayətinə səfər edib. Rusiya Prezidentinin helikopterinin region ərazisi üzərində uçuşu zamanı Kursk vilayətində Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumlarının intensivliyi xeyli artıb, – Yuri Daşkin bildirib.

Daşkin qeyd edib ki, Rusiya hərbçiləri Ukraynaya məxsus PUA-nın hücumunu dəf edib:

“Düşmənin pilotsuz təyyarələrinin hücumu dəf edilib, bütün hava hədəfləri məhv edilib”.