“Putinin hərbi cinayətlərə görə mühakimə olunması çağırışları qəbuledilməzdir”-Peskovbackend

“Putinin hərbi cinayətlərə görə mühakimə olunması çağırışları qəbuledilməzdir”-Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun Ukraynanın Kiyev vilayətinin Buça şəhərindən çıxarılmasından sonra çoxlu sayda mülki vətəndaşın meyitlərinin görüntüləri dünya gündəmini zəbt etməyə davam edir.

Editor.az  “Hürriyet”ə qəzetinə istinadən xəbər verir ki, görüntülərlə bağlı ABŞ prezidenti Co Bayden Vladimir Putini müharibə cinayətlərinə görə mühakimə etməklə bağlı çağırış edib.

Baydenin çağırışına rəsmi Kremldən cavab gecikməyib.

RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin hərbi cinayətlərə görə mühakimə olunması çağırışlarının qəbuledilməz olduğunu bildirib. O, ABŞ-ın böyük ehtimalla Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini bəyan edib.

//Editor.az