Putinin həyatı təhlükədə: Ukrayna niyə Rusiya prezidentinin ölməsini istəmir?backend

Putinin həyatı təhlükədə: Ukrayna niyə Rusiya prezidentinin ölməsini istəmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Putinin həyatı sanksiyalar səbəbindən hər şeyini itirmiş rus oliqarxları tərəfindən təhlükə altındadır.

Bu barədə Editor.az Ukrayna Təhlükəsizlik Şurasının (UTŞ) ehtiyatda olan general-mayoru, UTŞ rəhbərinin keçmiş müavini (2014-2015), Təhlükəsizlik İslahatı Agentliyinin direktoru Viktor Yaqun “Ukrayna 24”ün efirində gedən müsahibəsinə istinadən xəbər verir.b.

Onun sözlərinə görə, “Putinin ətrafında Yeltsinin tikinti elitasına aid olan bəzi adamlar var. Bunlar Kirilenko, Şoyqudur. Bu adamlar həqiqətən də o zamanlardan gəliblər. İnanmıram ki, Putinin yaxın ətrafı Putini sıradan çıxara bilsin”. Yaquna görə, kapitalı və normal həyatı olan rus oliqarxları hər şeylərini itiriblər və bu, onlar üçün böyük problemə çevrilib. Odur ki, onlar “səssiz” müxalifətə keçiblər və məhz onlar Putinin həyatı üçün mövcud olan təhlükənin əsas mənbəyidir. Hər bir imkana sahib oliqarxlar indi hər gün pisləşən vəziyyətdən çox narahatdırlar.

Putin də durumu başa düşür və buna görə onlarla ünsiyyət qurmur. Ümid edirəm ki, nə vaxtsa bir növ sürpriz baş verər və o zaman tamam başqa bir inkişaf görəcəyik”, – Yaqun əlavə edib. Bundan əvvəl isə Ukrayna prezident aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Putinin ölümünün Ukraynaya sərfəli olmadığını açıqlamışdı. Onun fikrincə, Putinin hakimiyyətdən getməsi liberalların hakimiyyətə gəlməsinə və bununla da Rusiyanın çiçəklənməyə başlamasına səbəb ola bilər.

  Editor.az