“Rusiya Prezidenti Vladimir Putin ölkəsinin keçmişi ilə qürrələnən bir liderdir, onun indiki addımlarının mənəvi qida mənbəyi nostalji hisslərə söykənir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Aqşin Kərimov bilidirib.

Onun sözlərinə görə, ümumiyyətlə imperiyalar yox olsa da onların mənəvi varisi olan dövlətlərin hazırkı konsepsiyası məhz imperiya əxlaqı ilə formalaşır:
“Vladimir Putin yeni sənədlə Rusiyanın ekspansiya siyasətini əlavə vasitə ilə gücləndirir, hərbi genişlənmənin əsaslarını mədəni, təhsil, humanitar sahələrdə atılacaq addımlarla möhkəmləndirir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra rus dilinə və mədəniyyətinə qarşı nifrət daha da körükləndi.Putin üçün bu, böyük bir zərbədir, ona görə də, o, təbliğatı format etmək məcburiyyəti ilə qarşı-qarşıya qaldı”.
Politoloqun fikrincə, Putinin yeni konsepsiyası üç hədəfi özündə cəmləyir:
“Birincisi, əsasən postsovet ölkələrində rus dilinin Rusiya siyasətinin təbliğat vasitəsinə çevrilməsinə nail olmaqdır.İkincisi, Putinin nəzərindəki xarici ölkələrdə rus icmalarını gücləndirib bunu həmin dövlətlərə qarşı kart kimi istifadə etmək məqsədi daşıyır. Üçüncü, digər ölkələrə hərbi müdaxilə üçün “mədəni-hüquqi” formullar yaratmaqdır.
Bütün bunlar göstərir ki, Rusiyanın xarici ölkələrdə kəşfiyyat fəaliyyətləri əhəmiyyətli dərəcədə böyüyəcək. Bu baxımdan hesab edirəm ki, Putinin hədəf seçdiyi ölkələr Rusiya liderinin planlarının həyata keçməməsi üçün kontur-konsepsiyalar hazırlamalı və “şimal küləyi”nə davam gətirə biləcək sədlər formalaşdırmaqdır”.
//Safura Bənnayeva, Editor.az

