Əkizlərini dünyaya gətirmək və böyütmək üçün iki il yarım gizləndiyi iddia edilən Kabayeva ötən gün “Rusiya 1” dövlət kanalında yayımlanan proqramda ictimaiyyət qarşısına çıxıb.
Tokio olimpiadasında münsiflərin Rusiyaya qarşı ədalətsiz qərarlar verdiyini bildirən 38 yaşlı Kabayevanın barmağında toy üzüyünə bənzər üzük də müzakirə mövzusuna çevrilib.
Rusiyada nəşr olunan “Moskovski Komsomolets” qəzeti 2019-cu ildə 30 illik həyat yoldaşından boşanan Putinin sevgilisi Alina Kabayevanın özəl bir xəstəxanada əkizlərini dünyaya gətirdiyini iddia edib. Bundan sonra həmin məlumatın Rusiyanın əsas xəbər mənbələrindən birdən silməsi bu iddianı gücləndirib.




