Putinin iştahı böyükdür- aldıqca, daha çox istəyirbackend

Putinin iştahı böyükdür- aldıqca, daha çox istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna xalqı rus işğalçılarına qarşı qalibiyyətə qədər mübarizə aparacaq.

Bunu aprelin 1-də Fox News-a müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Bu barədə Editor.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir. Onun sözlərinə görə, ukraynalılar qələbədən başqa heç nəyi qəbul etməyəcək, amma “məsələ bütün bunların nə zaman bitəcəyindədir”.

Jurnalistin Ukrayna prezidentinin “sülh sazişinin imzalanmağa hazır olması” və bu zaman “ərazi güzəştlərinə gedə biləcəyi” haqda sualına, Zelenski belə cavab verib: “Ərazi bütövlüyü və suverenlik məsələsi “müzakirə olunmur”, Ukrayna öz torpaqları ilə ticarət aparmayacaq”. Ukrayna dövlətinin başçısı onu da vurğulayıb ki, prezident Vladimir Putinin başçılıq etdiyi Rusiya hökuməti nə qədər çox alırsa, “iştahı da bir o qədər artır” və təcavüzkarın qarşısı indi alınmasa, Putin “Avropada təcavüzünü davam etdirəcək”.

  Editor.az