Ukraynalıların yarıdan çoxu hesab edir ki, Putin Rusiyasının təcavüzünün əsas məqsədi Ukrayna xalqını tamamilə məhv etmək, Ukraynanı işğal etmək və onu Rusiya Federasiyasına birləşdirməkdir.
Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir.
Xəbərdə martın 12-13-də “Reytinq” sosioloji qrupunun müharibə şəraitində olan ukraynalılar arasında keçirdiyi ümummilli sorğunun nəticələri əksini tapıb.
Həmin sorğuya görə, 56% ukraynalı hesab edir ki, Rusiya işğalının əsas məqsədi Ukrayna xalqını tamamilə məhv etməkdir. Bu fikir Ukraynanın bütün bölgələrində dominantlıq təşkil edir. Rəyi soruşulanların digər yarısı isə hesab edir ki, məqsəd Ukraynanın işğalı və onun Rusiyaya birləşdirilməsidir.
Respodentlərin yalnız 15-17% hesab edir ki, Putin hərbi müdaxilə yolu ilə Ukraynanın siyasi kursunu dəyişmək və ərazisində NATO bazalarının yerləşdirilməsinə mane olmağa çalışır.
10% motivin Ukraynanın hərbi infrastrukturun məhv edilməsi, 5% isə NATO-nu müharibəyə təhrik etmək olduğunu düşünür.
Rusiya təcavüzünün məqsədinin Ukraynanın rusdilli əhalisini qorumaq olduğunu düşünənlərin faizi cəmi 2%-dir.
Qeyd: Sorğu Krım və Donbasın müvəqqəti işğal olunmuş əraziləri istisna olmaqla, Ukraynanın bütün regionlarında, yaşı 18 və yuxarı olan 1200 respondent arasında aparılıb.
Editor.az

