Putinin müşaviri: Avropa ABŞ-ın hərbi və müstəmləkəçilik siyasətinin qurbanına çevrilibbackend

Putinin müşaviri: Avropa ABŞ-ın hərbi və müstəmləkəçilik siyasətinin qurbanına çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin müşaviri Anton Kobyakov bəyan edib ki, ABŞ və onun NATO müttəfiqləri Ukraynanı işğal etməklə rusların soyqırımına 300 milyard dollardan çox “sərmayə qoyublar”.

Editor.az xəbər verir ki, St. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) Təşkilat Komitəsinin icraçı katibi vəzifəsini də icra edən Anton Kobyakov forumun sonuncu günü keçirilən mətbuat konfransında Ukraynadakı vəziyyəti dəyərləndirib. Rusiyanın yeni əsrdə Qərb ölkələrinin təcavüzünə qarşı təkbaşına müqavimət göstərməli olduğunu və hərbi iqtisadiyyatının tam gücünə malik olduğunu qeyd edən dövlət rəsmisi ölkəsinin yenidən faşizm ideologiyası ilə üz-üzə qaldığını bildirib: Rusofobiyanı bir kulta çevirdilər. Onlar hər yerdə antiRusiya əhval-ruhiyyəsi yayırlar. Ukraynada qanuni hakimiyyəti devirən, dövləti dağıdan ABŞ və onun NATO müttəfiqləri ölkəni ələ keçirərək xarabalıqları üzərində terror təşkilatı yaradıblar. ABŞ Senatının hesablamalarına görə, amerikalılar artıq Ukraynada rusların soyqırımına 300 milyard dollardan çox pul xərcləyiblər. Buna investisiya deyirlər.

Rusofobiyanı bir kulta çevirdilər. Onlar hər yerdə anti-Rusiya əhval-ruhiyyəsi yayırlar. Ukraynada qanuni hakimiyyəti devirən, dövləti dağıdan ABŞ və onun NATO müttəfiqləri ölkəni ələ keçirərək xarabalıqları üzərində terror təşkilatı yaradıblar.

Stoltenberqin NATO-nun 2014-cü ildə Ukraynada Rusiya ilə müharibəyə başladığını etiraf etdiyini xatırladan Kobyakov, ABŞ-ın siyasi müstəqilliyini itirmiş Avropa ölkələrini bu müharibəyə sürüklədiyini bildirib və bu mövzuda aşağıdakı qiymətləndirməni edib: Avropa özünü böyük bir borc asılılığında tapdı. Miqrasiya böhranı Avropa ölkələrini daxildən məhv edir, kimliklərindən məhrum edir. Avropa Birliyi ölkələrinin sənayesizləşdirilməsi tam sürətlə davam edir. Avropa iqtisadiyyatının əsaslarının parçalanması və topdan hərbiləşdirilməsi davam edir. Avropa demək olar ki, əsarət altındadır və ABŞ-ın hərbi və müstəmləkə ekspansiya siyasətinin yeni qurbanına çevrilib. Bu vəzifəni NATO bloku uğurla yerinə yetirir.

//Gülnarə Abasova, Editor.az