Putinin nəzərdə tutduğu  “ekzistensial təhlükə” baş verdi? Nüvə silahından yalnız bir şərtlə istifadə olunacaq…backend

Putinin nəzərdə tutduğu  “ekzistensial təhlükə” baş verdi? Nüvə silahından yalnız bir şərtlə istifadə olunacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi davam edən bir vaxtda Moskvadan dünyanı təşvişə salan xəbərdarlıq gəlib. Rusiya nüvə silahından hansı şəraitdə istifadə edəcəyini rəsmən bəyan edib.

Son zamanlarda kəskin çıxışları ilə gündəmdə olan Rusiya prezidenti Vladimir Putinin açıqlamları müzakirələrə səbəb olub.

Putin xalqa müraciətində təhlükə yaranarsa, nüvə silahından istifadə ediləcəyini istisna etməyib. Belə ki, prezident Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə ediləcəyini bildirib.

Onu da qeyd edək ki, həmin açıqlamadan hələ çox əvvəl Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu barədə xəbərdarlıq mesajı vermişdi.

Nəzərdə tutulan “ekzistensial təhlükə” həqiqətən yaranıbmı? Putinin bu çırpınışları nə ilə nəticələnəcək?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirdi ki, Putinin ard-arda verdiyi bəyanatların 2 məqsədi var:

” Birincisi, Putin qeyd edib ki, müharibə zamanında Rusiya ordusunun təxminin 5 min itkisi var. Belə çıxır ki, Rusiya ordusuna aid öldürülənlərin 90%-i muzdlular olub.
Bu itkilərin yerini doldurmaq lazımdır. Kompensasiya etdirmək üçün isə nisbi səfərbərlik elan oldu. Bu dəfə orduya birbaşa xalq resursundan 300 min nəfər əlavə olunacaq. Rusiya bu qədər böyük kütlə ilə müharibənin taleyini həll edib bitirmək istəyir. Əks ssenari kimi növbəti mərhələdə nüvə silahından istifadə oluna biləcəyini dilə gətirir. Bu 100% reallaşa bilər. Rusiyanın əleyhinə hansısa neqativ nəticə verəcəyini ehtimal etmirəm. Rusiya özü dənizdə boğulursa, qarşısındakı ölkəni (hədəfini) dənizin dibinə gömməkdə maraqlıdır”.

//Safura Bənnayeva, Editor.az