Putinin “nüvə çamadanı”nı daşıyan şəxs başından vuruldu-FOTObackend

Putinin “nüvə çamadanı”nı daşıyan şəxs başından vuruldu-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi olan və “nüvə çamadanı”nı daşıyan FSB polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Editor.az axar.az-a istinadən bildirir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

“Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində qan içərisində olub. Onun yanında “İj 79-9TM” markalı travmatik tapança aşkar edilib. FSB zabitini qardaşı tapıb.