Putinin qaçdığı iddia edilən sevgilisi üzə çıxdı: “Özünə nə etdin belə?” – Fotobackend

Putinin qaçdığı iddia edilən sevgilisi üzə çıxdı: “Özünə nə etdin belə?” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya lideri Vladimir Putinin sevgilisi və əkizlərinin anası olduğu iddia edilən gimnast Alina Kabayevanın ölkədən qaçdığı iddia olunmuşdu.

Putinin sevgilisinin İsveçrədə olması ilə bağlı şayiələr yayıldıqdan sonra onun ekstradisiyası üçün petisiya başlamış, bundan sonra Kabayeva və övladlarının Sibirə qaçdıqlarını bildirilmişdi.

Bütün söz-söhbətlərin kölgəsində Kabayeva yeni görünüşlə ortaya çıxıb.

“Russian Cosmopolitan”ın paylaşdığı fotolar aprelin 22-də “VTB Arena”da keçirilməsi planlaşdırılan xeyriyyə tədbirinin məşqlərində çəkilib.

“Kabyevanın simasında həqiqətən nəsə dəyişib”, deyə yazan rus nəşri qeyd edib ki, buna baxmayaraq, əfsanəvi idmançı nəzərəçarpacaq dərəcədə gözəldir.

Qısa vaxtda sosial şəbəkələrdə yayılan görüntülər istifadəçilərin marağına səbəb olub. Kabayevanın botoks etdirdiyini bildirən bəzi sosial şəbəkə istifadəçiləri onun inanılmaz dərəcədə çirkinləşdiyini yazıblar. Ona belə bir sual da ünvanlayıblar: “Sən özünə nə etdin, Kabayeva?”.

Teleqraf.com