Rusiyanın paytaxtı Moskvanın Qırmızı meydanında 9 May Qələbə paradının məşqi keçirilib.
Hərbi paradın məşqində 11 minə yaxın hərbçi iştirak edib.
Paradda “Tayfun” zirehli avtomobilləri, T-72B3M, T-90M və T-14 “Armata” tankları, BTR-82A, Tornado-G reaktiv yaylım atəş sistemləri, İsgəndər-M raket sistemləri, Msta-S özüyeriyən artilleriya silahları, Tor-M2, Buk-M3 və S-400 hava hücumundan müdafiə kompleksləri və sistemləri, “Bumeranq” zirehli transportyoru iştirak edib.
Eyni zamanda, Mi-26 nəqliyyat, Mi-24, Ka-52, Mi-28N və Mi-8 döyüş helikopterləri, İl-76MD hərbi-nəqliyyat, İl-78 yanacaqdolduran hava gəmisii və İl-80 hava komandanlığı məntəqəsi təyyarəsi, Tu-95MS, Tu-160 və Tu-22M3 strateji bombardmançı təyyarələri, MiQ-29, Su-35S, Su-57 və MiQ-31 və MiQ -31BM qırıcı təyyarələri uçuşlar həyata keçirib.
Bundan əlavə, RS-24 “Yars” adlı ballistik raket bu gün keçirilən paradın məşqində nümayiş etdirilib.
Hərbi ekspertlərin fikrincə, bu raket 10 döyüş başlığı daşımağa qadirdir. Çəkisi 49,6 ton olan qitələrarası silahın sürəti saatda 24500 kilometrə çatır və 12 min kilometr məsafə qət edə bilir.
“Yars”ın nümayişi ilə Prezident Vladimir Putinin Qərbə qorxuducu mesaj vermək məqsədi güddüyü ehtimal edilir.
Axar.az

