Putinin Rusiyanın itkilərindən xəbəri yoxdurbackend

Putinin Rusiyanın itkilərindən xəbəri yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar hesab edir ki, Rusiya prezidenti Vladimir Putin müşavirləri tərəfindən Rusiya ordusunun Ukraynadakı uğursuzluqları və sanksiyaların Rusiya iqtisadiyyatına öldürücü təsiri barədə yanlış məlumatlandırırlar.

Məsələ ilə bağlı Editor.az “European Pravda”ya istinadən məlumat verir. Belə ki, yüksək çinli amerikalı çinovnik televiziya kanallarının birinə müsahisbəsində qeyd edib ki, “…Məsləhətçiləri Putinə Rusiya ordusunun uğursuzluqları və sanksiyaların Rusiya iqtisadiyyatını necə çökdürdüyü barədə yanlış məlumat verirlər, çünki həqiqəti söyləməkdən qorxurlar”, – deyə ABŞ rəsmisi bildirib. Onun sözlərinə görə, qiymətləndirmə ABŞ kəşfiyyatının məxfilikdən çıxarılan faktlarına əsaslanır.

Amerika rəsmisi onu da əlavə edib ki, “bizdə Putinin dezinformasiyalardan xəbərdar olması barədə məlumatlar da var ki, bu da Rusiya Müdafiə Nazirliyinin ən yüksək rütbəliləri arasında qopmalara səbəb olub. “Məlumalar var ki, Putin hərbi qurumlar tərəfindən aldadıldığını hiss edir. Buna görə də hazırda Putinlə Müdafiə Nazirliyi arasında davamlı gərginlik var və bu, ölkə başçısının Nazirliyin rəhbərliyinə inamsızlığından qaynaqlanır”, – ABŞ rəsmisi bildirib.

Onun sözlərinə görə, məsələn, “Putin Rusiya MN-nin Ukraynadakı savaşda çağırışçılardan istifadə etdiyini və onları kütləvi itirdiyini bilmirdi”. Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Avropa Komandanlığının komandanı general Todd Uolters, Rusiyanın imkanlarını həddən artıq şişirdilməsi və Ukraynanın müdafiə gücünün lazımınca qiymətləndirməməsi ilə bağlı mümkün kəşfiyyat boşluqları barədə məlumat vermişdi.

Editor.az