“Keçdiyimiz günlərdə Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunun plenar içlasında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan münasibətlərinə dair söylədiyi fikirlər xeyli provakativ xaraktrə malikdir. Məlum olduğu kimi, keçmiş SSRİ coğrafiyasında yaranmış münaqişələr Rusiya tərəfindən məhz öz strateji maraqlarını təmin etmək üçün yaradılıb. Konkret Qarabağ münaqişəsi də ermənilərdən alət,vasitə kimi istifadə etməklə ruslar tərəfindən planlaşdırılmışdır”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq Azərbaycan ordusunun 44 günlük savaşda problemi “Qordi düyünü” kimi kökündən həll etməsi və Ermənistanın Rusiyadan üz çevirərək başqa hamilər axtarması Rusiyanın Çənubi Qafqazda tarixi maraqlarına ciddi təhlükə törətmiş olduğuna diqqət çəkib:
“Son həftələr Ermənistan və Rusiya rəsmiləri arasındakı bütün diplomatik nəzakət qaydalarını da pozaraq şiddətlənən söz duellosu onu deməyə əsas verir ki, bu qarşıdurma artan xətlə davam edəcək. Rusiya yüz illər boyunca istifadə etdiyi və forpost olaraq gördüyü Ermənistanı itirmək istəmir. Bu səbəbdən də, zaman-zaman rus rəsmilər Ermənistanı daxili gərginliklərə sürükləyəcək acıqlamalar verirlər. Rusiya prezidentinin Forumda səsləndirdiyi ki, guya danışıqlar prosesində Ermənistan rəhbərliyi Kəlbəcər, Laçın və Qarabağın Ermənistanın yuridiksiyasında qalması şərtilə 5 işgal olunmuş rayonun qaytarılmasına razılıq veməməsi və rusların “nə etmək fikriniz var” sualına “döyüşəcəyik” cavabını vermələrinə,bu tamamilə yalan və əsasız fikirlərdir. Çünki hər kəs bilir ki, Azərbaycanla Ermənistan arasında uzun illər davam edən danışıqlar prosesində rəsmi Bakı heç bir mərhələdə “5+2″ variantını nəinki qəbul etməyib, yaxına belə buraxmayıb. Bu tip çıxışlar bir daha sübut edir ki, Rusiya Cənubi Qafqazda sülhün, sabitliyin və barışığın olmasında maraqlı deyil və bunu istəmir”.
//Gülnarə Abasova, Editor.az