Rusiya prezidenti Vladimir Putinin qəbulundakı stolun üzərində yerləşən “gizli düymə”nin məqsədi məlum olub.
“Rossiya 1” telekanalının efirində düymənin ona köməkçi çağırmaq üçün lazım olduğu bildirilib.
“Televiziya operatorları çıxır, növbəti masa uzun danışıqlara hazırlaşır. Prezidentin masasında xüsusi düymə var: köməkçi lazım olanda və ya çay gətirmək üçün”, – efir zamanı qeyd ediblər.
Peskov aydınlaşdırıb ki, onların arasında “hökumət rəhbərləri, şöbə müdirləri, administrasiya rəhbərləri və bir çox başqa abunəçilər” var.
“Prezident sərəncamında olan bütün rabitə vasitələrindən çox fəal şəkildə istifadə edir”, – dövlət başçısının nümayndəsi əlavə edib.