“Putinin Türkiyəyə səfəri ilə bağlı razılıq əldə olunub” – Kremlbackend

“Putinin Türkiyəyə səfəri ilə bağlı razılıq əldə olunub” – Kreml

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putinin səfəri ilə bağlı Moskva ilə Ankara arasında razılaşma var, lakin konkret tarixlər hələ təsdiq edilməyib”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Həqiqətən də, gələcəkdə belə bir səfər nəzərdə tutulub. Onlar səfərin prezidentlərin qrafiki və epidemioloji şərait imkan verdiyi vaxt baş tutması barədə razılığa gəliblər. Hələlik dəqiq tarixlər yoxdur, lakin diplomatik kanallar vasitəsilə razılaşdırılacaq”, – sözçü bildirib.