Putinin Türkiyəyə səfərinin tarixi dipkanallarla razılaşdırılacaq – Peskovbackend

Putinin Türkiyəyə səfərinin tarixi dipkanallarla razılaşdırılacaq – Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılır.
Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib.
“Səfərin tarixi müəyyən edilməyib, diplomatik kanallarla razılaşdırılır”, o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putindən müsbət cavab alacağı təqdirdə Türkiyə, Rusiya və Ukrayna prezidentlərinin üçtərəfli görüşünün Ankara və ya İstanbulda keçirilməsinin mümkünlüyünü açıqlamışdı.
Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski bu fikrə müsbət reaksiya verib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Rusiya Federasiyası və Ukraynanın “Minsk” formatında görüşünə ev sahibliyi etməyə, Ankara dəstək verməyə hazırdır. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə onu da bildirib ki, Türkiyə tərəfi İstanbulda “əvvəlki eyni oyunçuların: Rusiya, Ukrayna, Donbas nümayəndələri və ATƏT-in” iştirakı ilə Minsk razılaşmaları üzrə danışıqlar təşkil etməyi planlaşdırır.
Qaynarinfo