Putinin Ukraynada ÇEVRİLİŞ PLANI: Yeni iqtidar KTMT-ni Kiyevə DƏVƏT EDƏCƏK – TƏHLİLbackend

Putinin Ukraynada ÇEVRİLİŞ PLANI: Yeni iqtidar KTMT-ni Kiyevə DƏVƏT EDƏCƏK – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KTMT (ОДКБ)-nin baş katibi general-leytenant Stanislav Zas “Röyters” İnformasiya Agentliyinə verdiyi müsahibədə deyib ki, rəhbərlik etdiyi hərbi təşkilat “sülhməramlı” kontingentini Ukraynaya göndərə bilər, lakin bunun üçün rəsmi Kiyev və başqalarının razılığı olmalıdır. Onun sözlərinə görə, alyansın kifayət qədər hərbi qüvvəsi var və onlar istənilən sayda hərbçini Ukraynaya göndərmək iqtidarındadırlar.

Qeyd edim ki, Ukrayna nə KTMT-nin, nə də MDB adlı amorf bir təşkilatın üzvüdür. Dolayı yolla, Ukrayna hökumətinin Putinin nəzarətində olan bir təşkilatı ölkəyə dəvət etməsi qeyri-mümkündür. Yəni, Ukrayna Qazaxıstan, V. Zelenski də Kasım-Jomart Tokayev deyil. Eyni zamanda, heç bir beynəlxalq mandatı olmayan KTMT “sülhməramlıları” Ukraynaya daxil ola bilməz. Belə olan halda, KTMT-nin baş katibi S. Zasın “arzusu” elə arzu olaraq qalacaq.