Rusiya-Ukrayna müharibəsinin 9-cu günü ardıcıl bəyanatlarla davam edir. Müharibə zamanı ələ keçirilən atom elektrik stansiyaları bütün dünyada narahatlıq doğurdu. Rusiyanın Zaporjia Atom Elektrik Stansiyasını ələ keçirməsi Putinin nüvə silahından istifadə edib-etməyəcəyi sualını yenidən doğrultdu. Bu arada Rusiya liderinin həmişə yanında gəzdirdiyi kiçik portfeli maraq doğurub. “Chaget” adlı çantanın sadəcə çanta olmadığı açıqlansa da, nüvə silahları ilə əlaqəsinin olma ehtimalı şübhə yaradır. Rusiya liderinin yanında saxladığı çanta mətbuatın diqqətindən yayınmayıb.

Editor.az xəbər verir ki, “Reuters” bu çantanın nüvə silahlarının işə düşməsi ilə bağlı əmrin çox vacib bir hissəsi olduğunu bildirib.

Putin “Çaget” adlı kiçik portfelini heç vaxt yanından ayırmır. Hesab edilir ki, çanta sayəsində o, Rusiyanın strateji nüvə qüvvələrinin komanda-nəzarət şəbəkəsinə qoşulur.
Ancaq çantada nüvə düyməsi yoxdur. Bunun əvəzinə, o, həmin çanta vasitəsilə Baş Qərargahdakı hərbi komandanlığa buraxılış əmrlərini ötürür.
Onların Rusiya Baş Qərargahlarının buraxılış kodlarına çıxışı var. Nüvə başlığını işə salmağın iki üsulu var:
“Birinci üsulda icazə kodları atış prosedurlarını həyata keçirəcək fərdi silah komandirlərinə göndərilir”.
“İkinci üsulda Baş Qərargah bütün fövqəladə komanda nöqtələrindən yan keçərək birbaşa qurudan raket atmağa imkan verən Perimetr adlı ehtiyat sisteminə çata bilir və əmri yerinə yetirir”.
//Gülnarə Abasova, Editor.az

