Tanınmış rusiyalı bloger Yuri Dud Putindən sonra Rusiyanın prezidenti ola bilər.
Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir. Xəbərə görə, “Ukrayna 24” telekanalının efirində danışan ukraynalı prodyüser Aleksandr Rodnyanski deyib ki, “həm etimad, həm də seçki potensialı olan bir adam var – bu, Yuri Duddur… O, heç vaxt özünə qarşı sual yeri qoymayıb.
Sərt danışır, düz danışır və eyni zamanda tam bir rus vətənsevəridir. O, Rusiyanı tənqid edir. Məhz o, Navalnı ilə danışmaqdan çəkinmirdi, hamının qorxduğu bir vaxtda tez-tez ondan müsahibələr alırdı”. Rodnyanskinin fikrincə, Dud qüsursuz reputasiyaya malik insandır və böyük siyasi lider ola bilər.
Dud özü də Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı çıxır və Kremlin siyasətini pisləyir. “Putin suveren dövlətin ərazisini zəbt edib və orada müharibə aparır”, – bloqqer yazır və Rusiyanın təcavüzünə dərhal son qoymağı tələb edir. Qeyd edək ki, Rodnyanski bundan əvvəl Puqaçovaya Ukraynadakı müharibə ilə bağlı susduğuna görə haqq qazandırmışdı. Onun sözlərinə görə, Puqaçovanın Rusiyadan İsrailə getməsi artıq onun müharibənin əleyhinə olduğunun göstəricisidir.
Editor.az

