Putinin yerinə gələcək adam, Putindən də sərt olacaq – İlon Maskbackend

Putinin yerinə gələcək adam, Putindən də sərt olacaq – İlon Mask

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni uduzması üçün “heç bir səbəb yoxdur.

Editor.az “Bloomberg”ə istinadən bildirir ki, bu fikirləri amerikalı milyarder İlon Mask “Platform X”də Ukraynaya yardım haqqında qanun layihəsinin əleyhdarlarının daxil olduğu müzakirələr zamanı deyib.

“Bu xərclər Ukraynaya kömək etmir. Müharibənin davam etdirilməsi Ukraynaya kömək etmir”, – Mask deyib. Bundan əlavə, qalmaqallı milyarder Putinə haqq qazandırmaq qərarına gəlib və deyib ki, Rusiya prezidentinə müharibəni sona çatdırmaq üçün təzyiqlər edilir: “Geri çəkilsə, öldürüləcək”, Mask deyib. O, Putinin “casusu” olması ilə bağlı ittihamları rədd edərək, onları “absurd” adlandırıb və “Rusiyanı hər kəsdən çox sarsıtmaq üçün daha çox iş gördüyünü” söyləyib.

Mask həmçinin müharibənin hər iki tərəfində insan itkisini dayandırmaqda maraqlı olduğunu bildirib və əlavə edib ki, o, Putini devirmək cəhdinin müdrikliyini şübhə doğurur. “Rusiyada rejim dəyişikliyini istəyənlər düşünməlidirlər ki, Putini aradan götürə biləcək şəxs kimdir və bu adam sülhpərvər olacaqmı? Yəqin ki, yox” deyən Mask, belə bir adamın çox güman ki, “Putindən də sərt olacağını” söyləyib.

//Samir Qurbanov, Editor.az