Putinlə bağlı şok iddia: “Nüvə silahına əl atmaq fikrinə düşərsə…”backend

Putinlə bağlı şok iddia: “Nüvə silahına əl atmaq fikrinə düşərsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Vladimir Putinə önləyici zərbə endirə bilər.

Editor.az xəbər verir ki, bunu “Freedom” layihəsinin efirində hərbi ekspert Roman Svitan deyib. Onun sözlərinə görə, Qərb ölkələri Rusiyanın nüvə silahından istifadəyə hazırlaşdığını görərsə, bu baş verəcək: “Özü də NATO təkcə Putini deyil, Rusiyanın qalan rəhbərliyini və nüvə şaxtalarını da vuracaq”.

“Zərbə nüvə zərbəsi olmaya da bilər, sadəcə konkret hədəfə yönəli sərrast bir zərbə olacaq. NATO ölkələrinin elə silahları var ki, bütün şaxtaları, xüsusən də nüvə anbarlarını yararsız hala sala bilir”, – Svitan bildirib.

O əlavə edib ki, belə planlar onilliklərdir var və Putin də bundan xəbərdardır. Ekspert sözlərinə görə, Rusiya Federasiyasının təhdidləri Putinin daxili ölüm qorxusu ilə izah olunur.

  /Samir, Editor.az