Putinlə Baş Qərərgah arasında münaqişə böyüyürbackend

Putinlə Baş Qərərgah arasında münaqişə böyüyür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinlə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı ilə münaqişə var.

Bu barədə Editor.az hərbi ekspert Oleq Jdanova istinadən məlumat verir. Jdanovun sözlərinə görə, Putin hərbçilərdən təcili qələbə tələb edir, Rusiya Baş Qərargahı isə buna nail olunmayacağını bildirirlər. “Hətta Putinə belə bir fikri çatdırmaq cəhdi də var ki, Rusiya Silahlı Qüvvələrinin heç olmasa döyüşə hazır bir hissəsini qorumaq üçün belə hücumdan imtina etmək lazımdır.

Lakin Putin fikrini dəyişməyib və deyib ki, biz davam etməliyik, hər şey planauyğun gedir, təcili qələbə lazımdır. Hesab edirəm ki, bu, Rusiya Federasiyasında, ilk növbədə, Müdafiə Nazirliyi sistemində çılğın idarəçilik böhranına səbəb ola bilər”, – ekspert deyib. Daha əvvəl Bloomberg məlumat vermişdi ki, hökumət və dövlət müəssisələrindəki Putin elitasının bəzi üzvləri Rusiya qoşunlarının Ukraynaya müdaxiləsinin ölkəni illər boyu geri qaytaracaq fəlakətli səhv olduğunu hesab edirlər.