Putinlə Ərdoğan arasında telefon danışığı olubbackend

Putinlə Ərdoğan arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Kremldən məlumat verilib.

Məlumata görə, söhbət zamanı Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması məsələsi müzakirə olunub.

Həmçinin, liderlər Ukrayna ətrafında cərəyan edən son hadisələr barədə də fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, dövlət başçıları taxıl müqaviləsinin icrasını müzakirə ediblər.

Oxu.az