Putinlə Ərdoğan elə bir münasibətə sahibdir ki… – Kremlbackend

Putinlə Ərdoğan elə bir münasibətə sahibdir ki… – Kreml

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə mehriban münasibətləri var və bu, ən çətin fikir ayrılıqlarının belə dialoq və sülh yolu ilə həllinə imkan verir.

Axar.az xəbər verir ki, bunu Kreml rəsmisi Dmitri Peskov bildirib.

Peskov Ərdoğanla Putinin kifayət qədər isti münasibətlərə sahib olduğunu qeyd edib:

 

 

“Demək olar ki, Ərdoğanın Putinlə dostluq münasibətləri var ki, bu da fikir ayrılıqlarının olmasına baxmayaraq, onlara ən kəskin məqamlarda belə bir araya gəlib ən çətin problemləri həll etməyə imkan verir”.