“Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Prezident Vladimir Putin heç bir tərəddüd etmədən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
Onun sözlərinə görə, yaxın zamanda Rusiya və Ukrayna prezidentlərinin görüşü ola bilər: “Məncə, bu, çox yaxşı əlamətdir. Belə bir görüşün yaxın gələcəkdə baş tutmasının mümkünlüyünü ehtimal etməyə hər cür əsas var”.

