Pyaniçdən transfer qərarıbackend

Pyaniçdən transfer qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” klubuna məxsus olan və icarə əsasında bu mövsümü İstanbulun “Beşiktaş” klubunda başa vuran Miralem Pyaniçin gələcəyi sual altındadır. Editor.az “Sporx” a istinadən xəbər verir ki, Pyaniç də bütün futbolçular kimi klubun düşərgəsinə dəvət olunub. Bosniyalı futbolçunun əsas hədəfi baş məşqçi Xavi Hernandesin diqqətini cəlb etməkdir. Pyaniç əgər ona dəvət gəlsə klubdan ayırıla biləcəyini də bildirib. O, Fransanın “Marsell” İtaliyanın “İnter” və “Napoli” klublarında gələn təklifə müsbət yanaşacağını bildirib.

Qeyd edək, Miralem Pyaniç 2024-cü ilə qədər “Barselona”ya məxsudur. Bosniyalı oyunçu bu mövsüm “Beşiktaş”ın heyətində 24 oyuna çıxıb. O, bu oyunlarda qol vurmağa nail olmasa da 4 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy Hacıağayev, Editor.az