Kremldaxili münaqişə getdikcə qızışır.
Editor.az bildirir ki, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin polkovniki Pyotr Çernik deyib. Onun sözlərinə görə “Priqojin artıq təkcə Putinin aşpazı deyil, o, artıq kifayət qədər böyük bir siyasi birlikdir. Priqojin əslində şəxsi bir ordunu idarə edir.
Kremldə uzun müddətdən bəri təsir rıçaqları uğrunda mübarizə aparması faktı sübut edir ki, artıq Şoyqu da özünün ayrıca ordusunu yaratmağa başlayıb. Gec-tez bu zəhərli hörümçəklər bir-birini yeyəcək və onlardan biri öləcək. Çünki müharibəni uduzmaqda heç kimin günahkar olmaması mümkün deyil”, – Cernik deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası Ukraynadakı hərbi məğlubiyyətə görə parçalanacaq. “Sual doğuran yeganə məsələ müharibənin məntiqi olaraq nə vaxt bitməsidir.
Rusiya Federasiyasında hakimiyyətin aşağıdan dəyişməsi, yəni bir növ vətəndaş qiyamı mümkün deyil. Əgər qiyam mümkün olarsa, deməli yalnız adları çəkilənlərdən birinin ciddi nəzarəti altında baş verəcək. Əsas sual kimim bunu birinci edəcəyidir.
Amma Putin hələ ki, qüvvələr arasında tarazlığı saxlaya bilir”, – ekspert əlavə edib.
//Samir Qurbanov,Editor.az

