Pyotr Poroşenkonu sərhəddən geri qaytardılarbackend

Pyotr Poroşenkonu sərhəddən geri qaytardılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko bildirib ki, sərhəd xidməti nümayəndələri onun sərhədi keçməsinə və yerli hakimiyyət orqanları ilə görüşlər planlaşdırdığı Varşava və Vaşinqtona getməsinə icazə verməyiblər.

Editor.az bildirir ki, bu baədə Petro Poroşenko Telegram-da yazıb. O, Ali Radanın sədri tərəfindən imzalanmış işgüzar səfər üçün icazənin olduğunu vurğulayıb. “Mən Ali Radanın sədrinin imzası ilə ezamiyyətə getmişdim, lakin sərhədçilər məni buraxmadılar. Sərhədçilərin öz təşəbbüsü ilə hərəkət etməsi fikrindən uzağam.

Parlament sədrinin imzaladığı sənədi kimin ləğv etdiyini hər kəs özü təxmin edə bilər”, – Poroşenko deyib. Onun sözlərinə görə, Varşavaya səfəri zamanı o, Polşa hakimiyyəti ilə Ukrayna daşıyıcıları tərəfindən sərhəd blokadasının götürülməsi şərtlərini müzakirə etməyi planlaşdırıb. Keçmiş Ukrayna prezidenti Vaşinqtonda Nümayəndələr Palatasının yeni spikeri Mayk Consonla Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini müzakirə etmək üçün görüşməli idi.

“Bu gün sərhəddə baş verənlər xırda təxribat deyil. Bu, Ukrayna əleyhinə təxribatdır və təkcə mənim bütün komandamın diplomatik işinə maneçilik törətmir. Təəssüf ki, bu, Ukraynanın müdafiə qabiliyyətinə zərbədir”, – o əlavə edib.

Xatırladaq ki, Pyotr Poroşenko 2014-2019-cu illərdə Ukrayna prezidenti olub. Hazırda o, rəhbərlik etdiyi “Avropa Həmrəyliyi Partiyası”ndan millət vəkilidir. 2021-ci ilin dekabrında Ukraynada dövlətə xəyanətdə şübhəli bilinərək Poroşenkoya qarşı cinayət işi açılıb.

//Samir Qurbanov, Editor.az