“Qaçacağam bu ölkədən” – deyən Məmmədyarov harada rahatlıq axtarır?backend

“Qaçacağam bu ölkədən” – deyən Məmmədyarov harada rahatlıq axtarır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaçacağam, qaçacağam bu ölkədən.

Editor.az  xəbər verir ki, bunu RTV-yə müsahibəsində yarızarafat tərzdə sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, 65 illik yubileyini Avropada övladları ilə birlikdə qeyd etmək istəyir.

Eks-nazir Qoca Qitədə keçirəcəyi 5 gündə doğmaları ilə birlıikdə dincəlmək istəyir.

E. Məmmədyarov bildirib: “2 övladım da əcnəbi xanımla ailə qurub. Bir gəlinim sinqapurludur. Onlara etiraz etmədim, özləri seçib, özləri təhsil alıb. Tam sərbəstdilər. Hələ nəvəm yoxdur. Həyat yoldaşım isə kimyaçıdır, çalışmır, ev xanımıdır”.