Qaçış səfərbərliyi: Onlar ölkəni şəxsi təyyarələrlə tərk edirlərbackend

Qaçış səfərbərliyi: Onlar ölkəni şəxsi təyyarələrlə tərk edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya lideri Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyadan qaçmağa çalışan ruslar, oktyabrın sonuna qədər davam edən müddətdə uçuş biletləri bitdikdən sonra şəxsi təyyarələr kirayələməklə həll yolu tapıblar. Ukraynada işğal etdiyi bölgələrdə şou referendum keçirən və torpaqları ilhaq etdiyini açıqlamağa hazırlaşan Moskva rəhbərliyi ilhaqdan sonra Ukraynanın müdaxiləsi halında “müharibə mövqeyinə” keçəcəyini açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, döyüşmək istəməyən və ölkə sərhədlərinin bağlanmasından narahat olan varlı ruslar, xüsusi təyyarə ilə qaçmaq üçün bir oturacaq üçün 20-25 min funt ödəməyə razılaşıblar. Ruslar əsasən vizasız giriş icazəsi verən Ermənistan, Türkiyə, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycana üz tutublar. Ölkədəki özəl aviaşirkət olan Your Charter-in direktoru Yevgeni Bikov bildirirb ki, əvvəllər gündə 50 nəfərin gediş-gəlişi təmin olunduğu halda indi bu rəqəm 5 minə çatıb.

//Safura Bənnayeva, Editor.az