“Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya təcavüzünün ilk günündən bütün ukraynalılarla birlikdədir. Qaçmadı, satılmadı, məyus etmədi. Buna görə indi milyonlarla insan onunla qürur duyur”.
Editor.az UNİAN-a istinadən xəbər verir ki, bu sözləri amerikalı fotojurnalist Ron Havi deyib. Amerikalı fotojurnalist qeyd edib ki, amma bu müharibə onu çox dəyişdi:
“Əvvəllər həmişə gülümsəyən, pozitiv, bəzən də ciddi olan Volodimir Zelenski hazırda çox yorğun və narahat görünür. Artıq bir aydan çoxdur ki, o, Rusiyanın başlatdığı dəhşətli müharibədə Ukraynanın qalib gəlməsi üçün hər şeyi edir. Və təbii ki, ukraynalıların yuxusuzluğu, əsəbləri, təşvişləri, itirilmiş həyatlarının ağrıları özlərini hiss etdirir”.
//Fərrux, Editor.az

