Qadın gizli surətdə öz qohumuna ərə getdi və ondan iki uşaq dünyaya gətirdi…backend

Qadın gizli surətdə öz qohumuna ərə getdi və ondan iki uşaq dünyaya gətirdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Polis bir hindli qadını 17 il ərzində qohumu ilə nikahını gizlətdiyinə görə həbs edib…
Hindistanın Kerala ştatında polis bir qadını qohumları tərəfindən ailə üzvlərinin biri ilə nikah əlaqəsində olduğunda və ondan iki uşaq dünyaya gətirdiyində şübhəli bilindiyindən həbs edib.
bu barədə Daily Star məlumat verib.
Şənbə günü, oktyabrın 30-da ştatın polisi uzun müddət istintaq edilən və adı hallandırılmayan bir qadını məhkəməyə verib.
Qeyd edilir ki, istintaq hindli qadının qohumlarının xahişi ilə aparılıb. 17 il əvvəl, 2004-cü ildə qadın ailəsinə deyib ki, müəllim işləmək üçün özünə iş tapıb və Kerala ştatından Andxra-Pradeş ştatına köçüb. Tezliklə o, qohumlarına məlumat verib ki, yerli bir sakinə ərə gedib və sonradan onunla bütün əlaqəni kəsib.
Bu hərəkət hindli qadının qohumlarında şübhələr yaradıb və onlar qadının uğursuz axtarışına başlayıblar.
Onun yalanı 2015-ci ildə üzə çıxıb, belə ki, onun valideynlərinin evinin köhnə ünvanına dövlət identifikasiya kartı gəlib. Vəsiqədə onun qohumu əri kimi göstərilib. Kişi şübhələrə yol verməmək üçün ailəsinə baş çəkərək bəyan edib ki, heç vaxt itkin düşən hindli qadınla nikaha girməyib.
Bu zaman qadın heç kimdə şübhə yaranmaması üçün bir neçə qohumuna zəng edib. O həmçinin ailəsinə bir foto göndərib, orada özü, əri adlandırdığı naməlum kişi və iki uşaq əks olunub. Narahat olan qohumlar polisə ərizə ilə müraciət edərək, araşdırma aparılmasını xahiş ediblər.
Nəticədə bəlli olub ki, göndərilən fotoşəkil saxtadır, hindli qadın həqiqətən öz qohumu ilə nikahdadır və Palakkad şəhərində yaşayır.
Qadın məhkəmə qarşısında dayanıb. İstintaqın nəticələrinə görə qadına öz əri və ondan dünyaya gətirdiyi uşaqlarla birgə yaşamağa icazə verilib.
Bundan əvvəl isə məlumat verilib ki, ABŞ-da Nebraska ştatının bir sakini öz doğma qızı ilə evləndiyindən məhkum edilib. Kişi iki il azadlıqdan məhrum olunub.
Moderator.az